Öz evinizdə, iş yerinizdə, bağınızda sizə rahat şəkildə yaşamağa, işləməyə ya da istirahət etmək üçün ideal mühiti yaratmağa nə mane olur? Qətiyyən heç nə. Sadəcə sizin gözləntilərinizə, həyat tərzinizə, işləmək üslubunuza uyğunlaşacaq ideya lazımdır. Bizim şirkət məhz sizin bütün istəklərinizə müvafiq olacaq ən yaxşı dizayn həllərini təqdim edir. Və bu əsassız iddia deyil.
2005-ci ildən başladığımız yolda mükəmməl dizayner komandası və parlaq, kreativ ideyaları olan işçi qüvvəsi yığdıq və artıq bizim hesabımızda olduqca orijinal lahiyələr var. Daşınmaz əmlakın xüsusiyyətini, funksionallığını və sifarişçinin istəyini nəzərə alaraq lahiyələrin hər birinə fərdi şəkildə yanaşırıq. Vacib olan insanların rahatlığını təmin edəcək atmosferi hiss etmək və yaratmaqdır. Və bu bizdə alınır, çünki biz işimizi sevirik.
Dövrümüzə qədər gəlib çatmış nadir əsərlər Azərbaycan memarlığının məftunedici istedadını dünyaya nümayiş etdirir.
Azərbaycan memarları təkcə Azərbaycanda yox, ölkə hüdudlarından kənarda da (Balkan ölkələrində, Orta Asiyada, Hindistanda və s.) öz unudulmaz imzalarını qoydular. Biz komandamızla məhz bu yolu davam etdiririk.
M`Studionun lahiyələri ən tanınımış beynəlxalq müsabiqələrdə birinci yeri tutub və ən nüfuzlu mükafatlarla təltif olunub. Onlarla “Nailiyyətlərimiz” bölməsində tanış ola bilərsiniz.
Bizim komanda həmçinin sənaye müəssisəsinin, ofislərin, ixtiaslaşdırılmış və digər xüsusiyyətə malik məkan ya da obyektlərin konseptual işlənməsini də bacarır.
Hələ dizayn ideyalarını həyata keçirilməsi zamanı sifarişçilər onlar üçün yüksək dəqiqliklə hazırlanan məkanın interyerinin necə olacağını əyani surətdə müşahidə etmək şansını qazanırlar.
Bizim fəaliyyətimizin əsas istiqaməti:
• Memarliq işçi layihələrin hazirlanmasi;
• Eksteryerin və İnteryerin dizaynı;
• Landşaft dizaynı;
• Tikinti və təmir işləri;
• Park və digər heykəllər, relyeflər və barelyeflər;
• Maketlər, stendlər, lövhələr.
Şirkətimiz tərəfindən reallaşdırılan işlərlə “Portfolio” bölməsində tanış ola bilərsiniz.
Bizim işimizin əsas prinsipi sizin sevərək yaşaya biləcəyiniz, işləyəcəyiniz və istirahət edəcəyiniz mühit və interyer yaratmaqdır. Məşhur memarların fikirləri bunu daha yaxşı xarakterizə edir:
«Tikintidə həyat üçün rahatlıqla gözəlliyi birləşdirə bilən memar ən böyük tərifə layiqdir».
D. Bernini
«Bizim dövrümüzün memarları - cəmiyyətin bir hissəsi olan ya da bir neçə bilici üçün cah cəlal predmeti deyil; bu hamıya aid olan bir sənətdir. İctimai binalar hər kəs tərəfindən ödənir. Buna görə, o təkcə müəyyən edilmiş qrupun gözləntiləri ilə yox hər kəsin gözləniləri ilə uyğunlaşmallıdır».
Violle le Dyuk
«Bütün həyatım boyunca məndə mühəndisdə şair, şairdə mühəndis işləyirdi və hər ikisi memarlıqda birləşirdi».
F. Rayt