Bizim şirkətimiz artıq 15 ildən çoxdur ki, eksklüziv eksteryerlərin və interyerlərin yaradılmasında ixtisaslaşıb. Tərəfimizdən hazırlanan layihələr Azərbaycanda və xaricdə ictimai obyektləri, ofisləri, mənzilləri, bağ evlərini, restoranları, otellər, ticarət mərkəzlərini, teatrı, muzeyi və digər obyektləri əhatə edir.

İnteryer və Eksteryerinizin yaradılması üçün tam xidmətlər paketini təklif edirik. Buraya layihənin dizaynı olan ilkin konsepsiyasının işlənməsi və yaradılmasından başlayaraq obyektin tam təslim edilməsinə qədər bütün işlər daxildir. İşlərin aparılması zamanı sifarişçi ilə sıx əlaqənin səbəbi, yekun layihənin onun gözləntilərinə maksimal dərəcədə uyğun olmasıdır.

Dizayn-layihə yaradılması özündə aşağıdakıları ehtiva edir: Ümumi konsepsiyanın işlənib hazırlanması, layihənin (fotorealistik keyfiyyətin üçölçülü modelləşdirməsi) yenidən planlaşdırılması, inşaat-texniki sənədləşdirmə, eskiz layihəsi, müəlliflin nəzarət qrafiki, ilkin obyektin planları və spesifikasiyası, dizayn- eksteryer layihəsinin hazırlanması, fasadın dəyişikliyi, layihənin 3D dizaynı.

Dizayn-layihənin ətraflı işlənməsi artıq layihələndirmə mərhələsində gələcək binanı görməyə imkan verir, geniş tikinti sənədləri isə planların həyata keçirilməsi prosesini maksimum sadələşdirir.