2005-ci ildə qurulan “Mstudio” memarlıq və dizayn şirkəti Azərbaycan, Gürcüstan, Oman və Qətərdə fəaliyyət göstərir.
Komandamız yaradıcı fikirləri olan peşəkar ixtisaslı dizaynerlər, memarlar və mühəndislərdən ibarətdir.
20 il müddət ərzində 100-dən çox müxtəlif növ layihələrə imza atmışıq. Bunlar İctimai binalar, Muzeylər, Otellər, Saglamlıq və Spa mərkəzləri, Xəstəxanalar, Biznes mərkəzləri, Şəxsi Villalar, Mənzillər, landşaft, Günəş enerjisi stansiyaları və digər Dövlət layihələridir. Layihələrimiz beynəlxalq müsabiqələrdə dəfələrlə qalib gəlib və şirkətimiz memarlıq sahəsində xüsusi əhəmiyyət kəsb edən mükafatlarla təltif olunub. Əsas prinsipimiz daşınmaz əmlakın xüsusiyyətini, funksionallığını və sifarişçinin istəyini nəzərə alaraq layihələrin hər birinə fərdi şəkildə yanaşmaq, insanların rahatlığını təmin edəcək şəraiti əsas tutaraq faydalı layihələr yaratmaqdır.
